Rusiya artıq Ukrayna ordusunun Krıma hücumunu dəf etməyə hazırlaşır  

20:40 08.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya qoşunları müvəqqəti işğal olunmuş Krım yarımadasında mümkün hərbi əməliyyatlar üçün hazırlıqlara başlayıb.

Hafta.az  “TSN” kanalına istinadla xəbər verir ki, bu barədə “Military Media Center” (Hərbi Media Mərkəzi) məlumat yayıb.

Məlumatda bildirilir ki, işğalçı qoşunlar yarımadaya Ukrayna qüvvələrinin hücumunu dəf etməyə hazırlaşır.

"Potensial hücumu dəf etmək üçün işğalçı qüvvələr yarımadanın şimal, qərb və şərq hissələrində ərazini möhkəmləndirir", - xəbərdə belə deyilir.

Həmçinin Hərbi Media Mərkəzi bəyan edib ki, rus işğalçıları Krım bərzəxlərini(iki quru parçasını birləşdirən dar, ensiz keçid -S.L.)mühafizəsini gücləndirirlər.

"Azov və Qara dənizlərdə Rusiya qoşunları öz gəmilərinə və donanma bazalarına hücumların qarşısını almağa yönəlib", - deyə  məlumatda bildirilir.